“Google” korporasiyası bu şəxslərdən vergi tutmaq niyyətindədir

“Google” korporasiyası 2021-ci ilin iyun ayından etibarən “YouTube”da bloger fəaliyyəti ilə məşğul olanların gəlirlərindən vergi tutmaq niyyətindədir.

“APA-Economics” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə korporasiyanın blogerlər arasında yayılan açıqlamasında bildirilir.

Bu, vergi qanunvericiliyindəki dəyişikliklə əlaqədar ABŞ hökumətinin cari ilin iyun ayından etibarən ölkə xaricindəki müəlliflərdən vergi tutulması tələbinə aiddir.

“Google” çıxılması lazım olan vergi məbləğini təyin etmək üçün 31 may tarixinədək “Adsense”ə müvafiq vergi məlumatlarını göndərməyi xahiş edir.

“Vergi məlumatlarınız 31 may 2021-ci il tarixinədək verilməzsə, “Google” sizdən qlobal “YouTube” gəlirinizin 24%-dək vergi qismində tutmağı tələb edə bilər”, – açıqlamada deyilir.

Əvvəlki məqaləDaha bir küçədə işıqforlarla nizamlanan yol kəsişməsi təşkil edilib
Növbəti məqaləBakı Nəqliyyat Agentliyi sərnişin, piyada və sürücülərə müraciət edib