Uşaq bağçaları bağlanacaq?

Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də yalnız Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin olması məsələsi yer alıb.

“Report” xəbər verir ki, nazirliyin məlumatında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) bağlanması qeyd olunmayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a açıqlamasında uşaq bağçalarının fəaliyyətinin davam etdirəcəyini bildirib.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu universitet və bağçalarda tədrisin əyani formada davam edib-etməyəcəyi məsələsini şərh edib.

APA-nın məlumatına görə, şöbə müdiri jurnalistlərə açıqlamasında bildirib ki, Təhsil Nazirliyi Kollegiyasının bugünkü qərarı yalnız ümumtəhsil müəssisələrini əhatə edir: “Bildiyiniz kimi, ali təhsil müəssisələrində tədris distant formada davam edirdi, əyani dərslərə başlanılmamışdı. O ki, qaldı məktəbəqədər təhsil müəssisələrinə, bu müəssisələr yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyətləri vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”.

Əvvəlki məqaləHazırlıq kursları fəaliyyətini davam etdirəcəkmi?
Növbəti məqaləHökumət elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik etdi