“Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında bir müddətdir müzakirəsi ləngiyən “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.

Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.

Layihə plenar iclasa tövsiyə olunub.