Şəhid ailələri üçün prezident təqaüdü artırılıb

Dövlət başçısı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.