Məhkəmədə uşaqların fikrinin öyrənilməsi qaydası müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 192.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılacaq.
Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Həmin şəxslər məhkəməyə sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilər.