İstehsalat zədəsi nəticəsində əlilliyin verilmə qaydası açıqlandı

“İstehsalat zədəsi və yaxud peşə xəstəliyi nəticəsində şəxsin həyat fəaliyyətinin pozulma dərəcələrinin əlillik səviyyəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilir.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, istehsalat zədəsi təqsirkar müəssisə tərəfindən tərtib edilmiş akt və müəssisənin əmək fəaliyyətinin itirilmə faizi barədə sorğusu əsasında müəyyənləşdirilir: “Səhhətin pozulmasının peşə ilə əlaqədar olduğu Elmi-Tədqiqat Peşə Xəstəlikləri İnstitutunun tibbi rəyi ilə sübut olunmalıdır. Burada əmək qabiliyyətinin itirilmə faizi ilə yanaşı, ehtiyac olduqda əlavə qidalanmaya ehtiyacın olması, protezləşmə, reabilitasiya müalicələri və s. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilir. Bunlar müəyyən edildikdən sonra bütün xərclər təqsirkar müəssisə tərəfindən ödənilir”.

Əvvəlki məqaləMüəllimlər maaşlarını belə hesablayacaq
Növbəti məqaləTələbələrin köçürülməsinin qaydaları açıqlanıb