“Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.
APA-nın məlumatına görə, Komissiyanın məqsədi Agentlik tərəfindən müəyyən edilmiş qaydada “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılmasından, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin müddəti ( müalicə həkiminin 6 günlük nəzarətindən sonra) və xarakterini ( əmək qabiliyyətinin tam və ya hissəvi itirilməsi) müəyyəne tməkdən, müalicə həkimlərinin fəaliyyətinə nəzarət etməkdən və əmək qabiliyyətinin itirilməsi ekspertizalarında onlara məsləhət verməkdən, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilindən, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsinin tənzimlənməsindən ibarətdir.
Komissiyanın fəaliyyəti aşağıdakılardır:
– Agentlik tərəfindən müəyyəne dilmiş qaydada şəxslərin sağlamlıq vəziyyətinin və əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasını aparmaq;
– tibbi və əmək reabilitasiyası ilə bağlı məsələlərin həll edilməsini təmin etmək;
– müraciət etmiş şəxsin və müalicə həkiminin əlilliyə göstərişin olmasına dair tibbi sənədlərin düzgünlüyünə nəzarət etmək;
– Əlilliyin qiymətləndirilməsi mqəsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına uyğun olaraq əlilliyin müəyyən edilməsui məqsədilə TSEK-ə göndərişlər vermək;
– qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Komissiyanın vəzifələri aşağıdakılardır:
– Şəxslərdə əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsi ilə bağlı yaranan halları və məsələləri həll etmək;
– Xəsətəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, xəstəlik ( əmək qabiliyyətini itirmək) vərəqələrinin verilməsinin əsaslılığına və müdətinə nəzarət etmək, xəstəlik ( əmək qabiliyyətini itirmək) vərəqə\lərinin müddətini qanunvericiliklə müəyyən olunmuş qaydada artırmaq;
– ehtiyac olduqda xəstələri əlavə müayinə məqsədilə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərmək;
– qanunvericiliklə müəyyən olunmuş qaydada vətəndaşların xarici ölkədə ezamiyyətdə və məzuniyyətdə olduğu dövrdə xarici ölkədə təcili təxirəsalınmaz müalicə barədə əsaslı sənəd təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı sənədləri şübhə doğurmadığı halda xəstəlik vərəqələri ilə əvəz etmək;
Tibbi-sosal ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı əsasənda Komissiyanın tərkibi TƏBİB tərəfindən ən azı beş üzvdən ibarət tək sayda formalaşdırılır və tibb müəssisəsinin rəhbərinin müavinlərindən biri ( tibb təhsilli), müavin olmadığı zaman isə tibb müəssisəsinin rəhbəri sədr təyin edilir. Tibb müəssisəsinin rəhbəri Komissiyanın işini, Komissiyanın verdiyi qərarların əsaslı olmasına nəzarət edir. Komissiyanın tərkibinə həkim terapevt, cərrah, nevropatoloq daxil edilir. İxtisaslaşmış tibb müəssisələrində komissiyanın tərkibinə müvafiq profilli mütəxəssislər daxil edilir.
Komissiyanın iclasları Tibbi Sosial Ekspert Komissiyasına ilkin göndərişlərə baxılması barədə həftədə bir dəfədən az olmayaraq, xəstəli ( əmək qabiliyyəti olmamaq) vərəqələrinin uzadılması vəs. məsələlər üzrə isə təsdiq olunmuş qrafik üzrə keçirilir. Komissiyanın iclasları dəvət olunmalı şəxslər Komissiyanın iclasında audio və ya videogörüntülər vasitələri ilə də iştirak edə bilər.
Əlililiyin qiymətləndirilməsi üçün müraciət etmiş vətəndaş komissiyaya müalicə həkimi və ya şöbə rəhbəri tərəfindən göndərilir. Vətəndaş komissiyanın iclasına dəvət olunur. Əlilliyi və ya hərəkət məhdudiyyəti ilə əlaqədar olaraq vətəndaşın iclasa gəlməsi mümkün olmadıqda komissiya iclası vətəndaşa uyğun olan ünvamda keçirilir. Zərurət yarandıqda, komissiyanın iclaslarına müalicə həkimi və ya şöbə rəhbəri, aidiyyəti dövlət qurumları, özəl şirkətlərin nümayəndələri, ekspert və mütəxəssislər də dəvət edilə bilərlər.
Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Qərar qəbul edilərkən səslər bərabər olduqda, komisssiya sədrinin səsi həlledicidir. Səsvermə zamanı xüsusi rəyi olan komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
Əlillik dərəcəsinin təyini məqbul hesab edilməyən hər bir vətəndaşa komissiya tərəfindən imtina aktı tərtib edilir və aktın bir nüsxəsi vətəndaşa təqdim olunur.
Əlilliyin qiymətləndirilməsi üçün müraciət etmiş vətəndaşa komissiya tərəfindən təsdiq olunarsa növbəti 5 iş günü ərzində qeydiyyatçı tərəfindən elektron imza ilə TSERAS-a daxil edilir.
TSERAS-a daxil edilməsinə dair bildiriş kodu və nəticəsindən asılı olmayaraq TSEK qərarı vətəndaşa bildirilir.
Komissiyanın sədri və üzvləri vəzifə səlahiyyətlərini aşma, rüşvət alma ( passiv rüşvətxorluq), vəzifə saxtaxarlığı, səhlənkarlıq hallarının baş verməsinə, o cümlədən əlilliyin təyin edilməsi məqsədilə göndərişlərin düzgün verilməməsinə və ya sənədlərin saxtalaşdırılmasına, habelə bu sahədə qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.