Təhsil naziri vətəndaşlara müraciət etdi

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verib”.

Bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib. O bildirib ki, kadr bankının yaradılması bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərilməsi və işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhfə verilməsi baxımından olduqca əhəmiyyətlidir: “Kadr bankına kvalifikasiyaları tanınmış ərizəçilərin əlavə edilmə prosesi davam edir. Müraciətlərinə müsbət qərar verilmiş vətəndaşlar şəxsi kabinetləri vasitəsilə yeni yaradılan kadr bankına qoşula bilərlər”. (virtualaz.org)

Əvvəlki məqaləHamiləliklə bağlı əks göstəriş sertifikatının necə veriləcəyi açıqlandı
Növbəti məqaləBorc verilməsi və onun geri alınması ilə bağlı problemlər, onların həlli qaydası