Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq

Azərbaycanda “Təhsil haqqında” qanuna dəyişiklik edilir.

“Report”un əldə etdiyi məlumata görə, qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Əvvəlki məqalə“Təhsil haqqında” qanuna dəyişiklik edilir
Növbəti məqaləYüksək texniki peşə təhsilini bitirən şəxslərə subbakalavr ixtisas dərəcəsi veriləcək