Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsinin parlamentin noyabrın 5-də keçiriləcək iclasında müzakirəyə çıxarılması gözlənilir.

Layihə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılacaq.

Əvvəlki məqaləTəhsillə bağlı yeni standartlar və tələblər hazırlanır
Növbəti məqaləZəfər Günü ilə bağlı olunacaq amnistiyanın kimlərə şamil ediləcəyi açıqlandı