Hibrid avtomobillər vergidən azad edilir

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləBu avtomobillərlə bağlı aksiz vergi artırılır
Növbəti məqaləAvtomobil nömrələri ilə bağlı rüsum müəyyənləşdi – QİYMƏTLƏR