Peyvəndlə bağlı dövlət orqanlarının əməkdaşları qarşısında belə bir tələb qoyulur

Gələn il fevralın 1-dən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olmalıdır.

“Report” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarda əksini tapıb.

Belə ki, 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb olunur.

Əvvəlki məqaləHamamların fəaliyyətinə icazə verildi
Növbəti məqaləMilli Məclisin boş qalan deputat yerlərinə seçkilər keçiriləcək