Bu qadınlara verilən sosial müavinət artırıldı

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report”un xəbərinə görə, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.

Bu fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Əvvəlki məqaləTələbə təqaüdlərinin məbləği artırılıb
Növbəti məqaləNazirlik əlilliyi olan şəxslərin müavinətlərinin hansı qaydada artırılacağına aydınlıq gətirib