Şəhid ailələrinə ödənilən sosial ödənişlər artırılıb

Ötən il Zəfər qazandıqdan sonra yeni postmüharibə kontingenti yaranıb. Bu çərçivədə 35 mindən artıq vətəndaşa 43 mindən çox sosial xidmət göstərilib. Bunun da 15 mindən artığı sırf sosial ödənişlərdir.

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, növbəti il həyata keçiriləcək artımlar bu kontingenti də əhatə edəcək: “Çünki müəyyən müavinət və təqaüdlər həssas təbəqələri əhatə edir. 2018-2019-cu ildə sosial islahatlar 4 milyon insanı əhatə edirdi, illik 3 milyon maliyyə vəsaiti tələb edirdi. 2020-ci ildən daha çox müharibə kontingentinə aid sosial islahatlar nəzərə çarpır. Burada həm şəhid ailələrinə ödənilən ödənişlər artırılıb, həmçinin mənzil təminatına başlanıldı, eyni zamanda, Vətən Müharibəsi Qəhrəmanları üçün yeni Prezident təqaüdləri təsis edildi, digər təqaüdlər də artırıldı”.

Əvvəlki məqaləNazirlikdən müavinətlərin artırılması ilə bağlı açıqlama
Növbəti məqaləŞəxsiyyət vəsiqəsi ilə bağlı qanuna edilən bu dəyişiklik təsdiqləndi