Avropa Şurasının Bakıdakı Ofisi “Hüquq klinikasına” ərizələrin qəbulunu elan edir

Hüquqşünas tələbələrin nəzərinə:

Avropa Şurasının Bakıdakı Ofisi Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası  və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə “Hüquq klinikasına”  ərizələrin qəbulunu elan edir.

Hüquq klinikasının əsas məqsədi hüquq fakültəsinin tələbələrinə (xüsusilə də 3-4 kurs bakalavr və magistr tələbələrinə) praktik hüquq vərdişlərini aşılamaq və əhalinin sosial cəhətdən zəif təbəqəsinə pulsuz hüquqi yardım göstərməkdir.

Bu məqsədlə Ədliyyə Akademiyası nəzdində 1 aylıq hüquqi kliniki təhsil kursunu uğurla başa vuran tələbələr Ədliyyə Akademiyasının hüquq klinikasında vəkillərin nəzarəti altında əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərərək, peşə bacarıqlarını (müştəri ilə müsahibə, məsləhət vermə, işin təhlili, hüquqi sənədlərin tərtib edilməsi /iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin, Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin yazılması/) formalaşdırmaq imkanı əldə edəcəklər. 

Proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq.

Layihədə iştirak etmək arzusunda olan tələbələr CV-lərini və yaxud əlavə olunmuş fayldakı anket formasını doldurub, 12 aprel 2018-ci il tarixədək [email protected] e-mail ünvanına göndərə bilərlər.  

Proqrama seçilmiş tələbələrin siyahısı e-mail vasitəsilə açıqlanacaq.

Ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza və ya (+99412) 599 11 62 (daxili: 17) zəng vura bilərsiniz.

Layihə üzrə məsul şəxs: Vəfa Rövşənova