“Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilib

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1-ci maddəsində dəyişiklik edilib. Bu barədə prezident.az saytında məlumat yayılıb. Belə ki, həmin maddəyə görə dövlət qulluqçularına ömürlük müavinət – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda müavinətlər təyin olunur.

Dəyişikliyə əsasən “dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilib.

Benefisiar.org