Sudan istifadəylə bağlı yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda sudan istifadə üçün inteqrasiyalı idarəetmə mexanizmi tətbiq olunacaq.

APA-nın xəbərinə görə, bu barədə Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci (onlayn) iclasında bildirilib.

Müzakirələrin nəticəsinə əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni və məsələnin həllinə kompleks yanaşmanı təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar verilib.