Hansı hallarda şəxsin məcburi əməyə cəlb edilməsi dəqiqləşir

Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir.

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 9.2 maddəsində əks olunub.

Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

– hərbi xidmət zamanı;

– hərbi və fövqəladə hallar zamanı.