“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Məşğulluq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.

5 fəsil, 30 maddədən ibarət olan qanun layihəsində özünüməşğulluq, peşə standartları, vakansiya bankı, sığorta və digər sosial məsələlər ilk dəfə olaraq yer alıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.