Taksi fəaliyyəti ilə bağlı bu tələb sərtləşdirilir

Azərbaycanda taksi sifarişi xidməti göstərmək istəyən qlobal aqreqator ölkədə filial və yaxud nümayəndəlik yaratmalı olacaqlar.

“Report” xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bununla bağlı məlumat təqdim edə bilməyən şirkətlərə sərnişin daşımaları üçün icazə verilməyəcək.