Naxçıvan Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verilib.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Həmçinin, Ali Məclis Azərbaycan Milli Məclisinə təkliflər verə biləcək.

Eyni zamanda, Ali Məclisin ildə iki dəfə – yaz və payız sessiyaları keçiriləcək.