Peşələrin tanınmasına dair yeni qayda müəyyənləşdi

Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əksini tapıb.

Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir.

Bu Qaydaların tələbləri aşağıdakı kvalifikasiyalara şamil edilmir:

– Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar, Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar, beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar və dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları və hökümətlərarası təqaüd proqramları çərçivəsində təhsil alacaq əcnəbi və vətəndaşlığı olmayan şəxslərin xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar;

– “Times Higher Education World University Rankings”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar.

Bu Qaydalarda beynəlxalq reytinq

qurumlarının tərtib etdiyi sıralamalara istinadən təhsil müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. Ərizəçinin kvalifikasiyası ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar edilmədikdə və bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan peşələr üzrə ərizəçi sınaq imtahanlarında müvəffəqiyyət qazanması və kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğunun təmin olunması barədə DİM-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq məlumatı əsasında, ərizəçinin kvalifikasiyasının peşə tanınması barədə qərar qəbul edilir.

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavə Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların S İ Y A H I S I

Sıra

№-si

İxtisasların (proqramların) şifri və adı
1 2 3
1. 050102 Biologiya müəllimliyi
2. 050103 Coğrafiya müəllimliyi
3. 050104 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
4. 050105 Fizika müəllimliyi
5. 050107 İbtidai sinif müəllimliyi
6. 050108 İnformatika müəllimliyi
7. 050109 Kimya müəllimliyi
8. 050110 Kimya və biologiya müəllimliyi
9. 050111 Korreksiyaedici təlim
10. 050112 Məktəbəqədər təhsil
11. 050114 Riyaziyyat müəllimliyi
12. 050115 Riyaziyyat və informatika müəllimliyi
13. 050116 Tarix müəllimliyi
14. 050117 Tarix və coğrafiya müəllimliyi
15. 050120 Texnologiya müəllimliyi
16. 050121 Xarici dil müəllimliyi (dillər üzrə)
17. 050206 Hüquqşünaslıq
18. 050601 Aerokosmik mühəndislik
19. 050603 Aviasiya təhlükəsizliyi mühəndisliyi
20. 050605 Dəniz naviqasiyası mühəndisliyi
21. 050606 Ekologiya mühəndisliyi
22. 050613 Hava nəqliyyatının hərəkətinin təşkili
23. 050614 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
24. 050617 İnşaat mühəndisliyi
25. 050633 Nəqliyyat tikintisi mühəndisliyi
26. 050635 Qida mühəndisliyi
27. 050639 Uçuş mühəndisliyi
28. 050640 Yanğın təhlükəsizliyi mühəndisliyi
29. 050704 Baytarlıq təbabəti
30. 050802 Əczaçılıq

 

31. 050803 Fizioterapiya və tibbi reabilitasiya
32. 050808 Tibb bacısı işi
33. 050901 Hərbi tibb
34. 050902 İctimai səhiyyə
35. 050903 Stomatologiya
36. 050904 Tibb
37. 060102 Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)
38. 060103 Xarici dil müəllimliyi (dillər üzrə)
39. 060104 Fizika müəllimliyi
40. 060105 Riyaziyyat müəllimliyi
41. 060107 Texnologiya müəllimliyi
42. 060109 Biologiya müəllimliyi
43. 060110 Kimya müəllimliyi
44. 060111 Tarix müəllimliyi
45. 060112 Coğrafiya müəllimliyi
46. 060113 İnformatika müəllimliyi
47. 060115 İbtidai sinif müəllimliyi
48. 060116 Korreksiyaedici təlim
49. 060117 Məktəbəqədər təlim və tərbiyə
50. 060119 Pedaqogika
51. 060212 Hüquqşünaslıq
52. 060613 Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi
53. 060614 Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi
54. 060615 Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi
55. 060616 Uçuş mühəndisliyi
56. 060617 Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi
57. 060618 Dəniz texnikası və texnologiyası mühəndisliyi
58. 060619 Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi
59. 060620 Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi
60. 060621 Dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi
61. 060634 İnşaat mühəndisliyi
62. 060636 Nəqliyyat tikintisi mühəndisliyi
63. 060642 Qida məhsulları mühəndisliyi
64. 060648 Biotibbi texnika mühəndisliyi
65. 060649 Ekologiya mühəndisliyi
66. 060650 Yanğın təhlükəsizliyi mühəndisliyi
67. 060651 Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
68. 060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi