Kiçik və orta biznes evləri yaradılacaq

“Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq”.

“APA-Economics” xəbər verir ki, bunu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O.Məmmədovun sözlərinə görə, biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq: “Yeni yaradılan biznes evləri biznes mühitində “Asan Xidmət” modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün “bir pəncərə” sistemi əsasında fəaliyyət göstərəcək”.