Dövlət Gömrük Komitəsi elektron xidmətlərin sayını artıracaq

“Dövlət Gömrük Komitəsi elektron xidmətlərini daha da genişləndirəcək və iş adamlarının fəaliyyəti üçün daha rahat şərait yaradacaq”.

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu günə qədər Dövlət Gömrük Komitəsi tərəfindən iş adamlarına 14 elektron xidmət təqdim edilib: “Bu xidmətlərdən milyonlarla sahibkar istifadə edib. İstər sərnişin gömrük bəyannaməsi, istərsə də gömrük bəyannamələri elektron şəkildə doldurulub. Onlayn şəkildə, gömrük əməkdaşları ilə biznes nümayəndələri arasında heç bir təmas olmadan fəaliyyətin qurulması istiqamətində çox ciddi addımlar atılıb”.