Taxıl biçini zamanı kombayn çatışmazlığının səbəbi açıqlanıb

Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib.

APA-nın məlumatına görə, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: “Bunlardan 632 texnika “Aqrolizinq” ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların sayının artırılmasına ehtiyac var”.

Onun sözlərinə görə, artıq “Aqrolizinq” ASC tərəfindən kombaynların alınması ilə bağlı sifa