Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün infrastrukturun sınaqları başa çatdırılıb.

Layihəyə yaxın mənbədən Trend-ə verilən məlumata görə, infrastruktur tamamilə hazırdır və yeni vəsiqələrin verilməsi sentyabr ayından başlayacaq.

“Yeni şəxsiyyət vəsiqələri ölkə vətəndaşlarına kütləvi şəkildə deyil, mərhələlərlə veriləcək”.

Yeni nəsil şəxsiyyət vəsiqələrinə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron çip yerləşdiriləcək.