Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır və Milli Məclisdə müzakirəyə çıxarılır. Open.az-ın əldə etdiyi məlumata görə, “Ümumi təhsil haqqında” qanun layihəsi MM-in Elm və təhsil komitəsinin sentiyabrın 13-də keçiriləcək payız sessiyasında ilk iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi Azərbaycanın təhsil sistemində köklü ümumiləşdirmələri qarşısına məqsəd qoyub.