Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Aşağıdakı cədvəldən də göründüyü kimi ümumilikdə 31 plan yeri boş qalmışdır. Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.

Baxmayaraq ki, müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə ümumilikdə 9 plan yeri ayrılıb. Əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilib. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.

Aşağıda boş qalan plan yerləri təqdim olunur: