Norveç Helsinki Komitəsi Azərbaycan həbsxanalarındakı vəziyyətlə bağlı hesabat hazırlayıb

Norveç Helsinki Komitəsi tərəfindən Azərbaycan həbsxanalarındakı vəziyyətlə bağlı hesabat hazırlanıb.

Benefisiar.org portalının məlumatına görə, hesabatda bildirilir ki, saxlanma məntəqələrində və cəzaçəkmə müəssisələrində pis rəftarın bütün formalarına rast gəlmək olur. Xüsusilə korrupsiya və cəzasızlıq halları sistematik və müntəzəm şəkildə davam edir.

Hesabatda qeyd olunub ki, Azərbaycan hökumət insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır – cəzasızlıq problem olaraq qalır.

Hesabatda o da deyilir ki, məhbuslara qarşı ayrı-seçkilik halları, korrupsiya faktları, qanunsuzluq və işgəncə halları kütləvi şəkildə baş verir.

Hesabatın hazırlanmasında məqsəd Azərbaycanda işgəncə və pis rəftarla bağlı problemi işıqlandırmaq, o cümlədən həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına, məhbus hüquqlarının təmin olunmasının vacibliyini göstərməkdir.

Hesabat 2014-2018-ci illər üzrə dövrü əhatə edir.

Hesabatın ingilis versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

Azerbaijan prison and torture report -2018