Aztəminatlı ailələrə yardım veriləcək

Dekabrın 19-da prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

2018-ci il dekabrın 28-nə qədər ünvanlı dövlət sosial yardımı alan hər bir ailə 100 manat (58 dollar) alacaq.

Bu məqsədlə 5 mln. manat ayrılıb. Bu vəsait dövlət büdcəsinin ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulan, xərclənməmiş vəsaitindən götürüləcək. Birdəfəlik yardımı 50 min ailə alacaq.

Turan