Texnikanın satın alınması sadələşdirilib

Bundan sonra kənd təsərrüfatı texnikasının güzəştli satışı təkcə “Aqrolizinq” MMC tərəfindən həyata keçirilməyəcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə bu, fermerlər tərəfindən kənd təsərrüfatı texnikasının satın alınması mexanizmini sadələşdirəcək və bundan sonra müqavilələr “Aqrolizinq”də yox, səlahiyyətli banklarda birbaşa tədarükçülərlə qeydiyyata alınacaq.

İ.Qədimova həmçinin qeyd edib ki, kənd təsərrüfatı texnikası və cins mal-qaranın alınmasına güzəştlər saxlanacaq:

“Cins heyvanların alınmasına güzəştlər 50 faizdən 60 faizədək artırılıb”.