“Mediasiya haqqında” qanun qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Mediasiya haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, qanun layihəsi 5 fəsil, 40 maddədən ibarətdir.

Bu qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş bu qanunun tələblərinə cavab verən fiziki şəxsdir.

Layihə müzakirədən sonra səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.