“Bakı şəhəri 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı, faktla bağlı açılan cinayət işi, aparılan araşdırmalar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqət mərkəzindədir. Hazırda monitorinq komissiyaları vasitəsilə işin detalları araşdırılır, izahatlar alınır”.
Bunu ONA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, Dövlət Komitəsi tərəfindən aparılan araşdırmanın nəticələri, görülən tədbirlər barədə məlumatlar ictimaiyyətə açıqlanacaq: “Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Dövlət Komitəsi məsələnin obyektiv və şəffaf araşdırılmasının tərəfdarıdır. Bu işdə təqsiri olan şəxslərin tezliklə məsuliyyətə cəlb edilməsində də maraqlıyıq. Dövlət Komitəsi olaraq VIII sinif şagirdinin ailə üzvlərinə başsağlığı veririk”.