Problemli kreditlərlə bağlı işlərə baxılması təxirə salınıb

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin problemli kreditlərlə bağlı fərman imzalayıb. Fərman imzalandığı gündən məhkəmələrdə baxılan problemli kreditlərin icraatı təxirə salınıb”.

ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev qeyd edib ki, Fərmanın icrası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə İşçi Qrupu yaradılıb.