Qida təhlükəsizliyi ilə bağlı informasiya sistemi yaradılacaq

Qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sistemi yaradılacaq.

ONA-nın məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bildirilib.

Sənəddə qida təhlükəsizliyi sahəsində elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiya olunması da qeyd edilib.