Ötən il Azərbaycanda qeydə alınmış cinayətlər nəticəsində 331 nəfər qadın dünyasını dəyişib.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq, bildiriblər ki, bu göstərici 2017-ci ildə 337 olub.
Ümumilikdə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561 nəfər, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268 nəfəri, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib.
Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, zərərçəkənlər arasında kişilər də olub.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 304-ü kişi, 964-ü qadın, 2018-ci ildə 306-sı kişi, 915-i qadın olub.
Son iki il ərzində qadınlara qarşı törədilmiş qeydə alınmış cinayətlərin sayı bir qədər azalıb. 2017-ci ildə belə cinayətlərin sayı 5 755, 2018-ci ildə 5 603 olub.