Köçkünlər yolu bağladılar (Video)

Bu gün bir qrup məcburi köçkün onlara mənzil verilməsi tələbi ilə Bakıda aksiya keçirərək avtomobillərin hərəkətini dayandırıblar.

“Hökumətdən bizə vəd edilən, amma verilməyən mənzilləri istəyirik”, deyə aksiya iştirakçılarından biri bildirib.

Onlarla insanın iştirak etdiyi aksiya polis tərəfindən məcburi şəkildə dağıdılıb.