Kitabxana və klublarla bağlı yeni layihə hazırlanıb

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə yekun vurulub. Nəticədə 120 nəfərdən çox müəllim müvafiq təhsil ocaqlarında işə qəbul edilib.

Əbülfəs Qarayev kitabxana və klubların idarə olunması istiqamətində keçirilən islahatlara toxunaraq vurğulayıb ki, bu qəbildən mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması ilə bağlı yeni layihə hazırlanıb.

Trend