Selektiv abortlar və onun fəsadları (Video)

Dünya statistikasına əsasən 23 milyon qız uşağının həyatı ana bətnində sonlandırılıb.

Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Əgər uşağın cinsiyyəti qızdırsa, hamilə qadınlar ya həyat yoldaşı ya da qaynanaları tərəfindən təzyiqə məruz qalırlar.

Abortların müxtəlif səbəbləri var. Bunlardan birinə ailə planlaşdırılması zamanı iki və ya daha çox övlad istənilməməsi, digərinə isə cinsinə görə hamiləliyin sonlandırılmasını aid etmək olar. BMT-nin Əhali Artımı Fondunun statistikasına görə Azərbaycan cinslər arası nisbətin pozulmasına görə dünyada ikincidir.

Psixoloqlara görə, selektiv abortların əsl səbəbi cəmiyyətin mental amillərdir.
Ginekoloqlar bildirir ki, selektiv abort qadınların müxtəlif xəstəliklərə tutulmasına səbəb olur.
Hüquqşünas Sübhan Həsənli hesab edir ki, cinsiyyətin əvvəlcədən deyilməsi ilə bağlı qanunun olmaması selektiv abortlara yol açır. (Benefisiar.org)