LGBT fərdlərinin problemləri ilə bağlı müzakirə keçirilib

Sentyabrın 7-də Türkiyədə yaşayan LGBT fərdlərin valideynlərinin öz övladlarını qəbullama hekayələri ilə bağlı “Mənim Uşağım” filmi nümayiş edildikdən sonra müzakirələr aparılıb.

Müzakirə interaktiv debat şəklində aparılıb və sosial problemlərə də toxunulub.  Müzakirədə moderatorluğu Sosial Xidmətlər Mərkəzinin rəhbəri, sosialoq Sənubər Heydərova edib.

Müzakirələrdə LGBT fərdlərinin üzləşdikləri problemlər, toplumda və dövlət qurumlarında onlara olan münasibətlərdən söz açılıb. Eyni zamanda problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər səsləndirilib.

Qeyd edək ki, filmin nümayişi və müzakirə Vətəndaş Hüquqları İnstitutunun təşkilatçılığı ilə həyata keçirilib. (Benefisiar.org)

Sosial problemlərlə bağlı müzakirə