Avropa Məhkəməsi jurnalistlə bağlı qərar çıxardı

Avropa İnsan Hüquqları Məhkəməsi bu gün Naxçıvandan olan jurnalist Həkimeldostu Mehdiyevin şikayəti ilə bağlı qərar qəbul edib.

Məhkəmə ona 2 min avro kompensasiya ödənilməsinə qərar verib.

Şikayət 2011-ci ildə elektrik enerjisindən istifadəyə görə ona cərimə kəsilməsi ilə bağlı verilib.

Məhkəmənin qərarını “ədalətli” adlandıran Mehdiyev xatırladıb ki, 2011-ci ildə ona guya elektrik enerjisindən qanunsuz istifadəyə görə əsassız olaraq pul cəriməsi təyin ediblər. Belə ki, Şərur məhkəməsi onu 189-1.1-ci (elektrik enerjisinin talanması) maddə ilə təqsirli bilərək, 1000 manat cərimə edib.

Yerli məhkəmələr jurnalistin şikayətini təmin etməyib və o, ədalətli məhkəmə təhqiqatı hüququnun pozulması haqqında şikayətlə AİHM-ə müraciət edib.

Mehdiyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı problemlər haqqında tənqidi nəşrləri ilə məşhurdur.

Turan İnformasiya Agentliyi

Əvvəlki məqaləPrezident: “Dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam”
Növbəti məqaləNazirlərin bölgələrdəki qəbul günləri açıqlanıb – CƏDVƏL