Magistratura ilə bağlı Nazirlər Kabinetinə səlahiyyət verilib

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Bu Qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.

Qeyd edək ki, indiyə qədər dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib (ödənişli və ödənişsiz təhsilalanların cəminə nisbətən).

Əvvəlki məqaləBu həkimlərin təyinatı üzrə qrafik açıqlanıb – CƏDVƏL
Növbəti məqaləMilli Məclisə seçkilərlə bağlı təşviqat müddət müəyyənləşib