Məleykə Abbaszadə repetitorluqla bağlı nə deyib?

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri
Məleykə Abbaszadə

“Bu gün Azərbaycanda repetitorluqdan başqa məqsədlər üçün istifadə olunur”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, elə valideynlər var ki, onlar övladlarının əlavə dil biliklərinə yiyələnməsini istəyir: “Bu səbəbdən də repetitorlara müraciət edirlər. Məsələn, şagird məktəbdə yalnız ingilis dilində təhsil alır. Lakin o, əlavə fransız dilini də öyrənmək istəyir və repetitorlara müraciət edir. Belə hallar olduqca repetitorlar da olacaq”.

DİM sədri qeyd edib ki, repetitorların məktəbi əvəz etməsi düzgün deyil: “Əgər belə proseslər gedirsə, onun qarşısını almaq və dərslərin keyfiyyətini qaldırmaq lazımdır. Hər hansı qanunla repetitorların fəaliyyətinin qarşısını almaq da mümkün deyil”.