Seçkilərlə bağlı media mərkəzi yaradılacaq

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı müstəqil media mərkəzi yaradılacaq.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır: “Bu media mərkəzi başqa ölkələrdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər. Yaxın günlərdə media mərkəzinin yaradılmasına başlanılmalıdır”.

Əvvəlki məqaləTəhsil İnstitutu valideyn və müəllimlərə müraciət edib
Növbəti məqaləMəleykə Abbaszadə repetitorluqla bağlı nə deyib?