Gömrük qanunvericiliyini pozanlara bunlar tətbiq ediləcək

Gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursu üzrə “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil ediləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nda dəyişiklik edib.

Müvafiq əsaslar aradan qalxdıqda isə məlumatların aktiv statusu dəyişdiriləcək.

Əvvəlki məqaləSənədsiz evlərin qeydiyyatı necə aparılır?
Növbəti məqaləSeçki ilə bağlı neçə məntəqəyə vebkamera quraşdırılacaq?