Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadınlardır

Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Əvvəlki məqaləNeçə seçki məntəqəsi çip oxuyan cihazla təmin edilib?
Növbəti məqaləMəktəblərin maliyyələşdirmə normativləri müəyyənləşib