Bu tarixdən məscidlər və iri ticarət mərkəzləri açılır

İyunun 10-dan məscidlər açılır.

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.

Ş. Mövsümov bildirib ki, iyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.

Onun sözlərinə görə, karantin qaydalarına uyğun olaraq maska taxılması və məsafənin qorunması vacibdir.