Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” yaradılıb.
DİM-dən APA-ya verilən məlumata görə, “Abituriyent Məsləhət Mərkəzləri”ndə abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərilir.
Abituriyentlər onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:
Naxçıvan şəhəri, Nizami küçəsi, 10
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100
Qeyd edək ki, Bakı şəhərində “Abituriyent Məsləhət Mərkəzi” isə Azərbaycan Universitetində yaradılıb, həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
Növbəti “Abituriyent Məsləhət Mərkəzi” isə Qərbi Kaspi Universitetində yaradılacaq.