İddia ərizəsinin verilməsi və iddia ərizəsinə aid nümunə

İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Bəs hansı məhkəməyə müraciət etmək lazımdır? Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Əgər iddianızın ünvanlandığı cavabdeh hüquqi şəxsdirsə bu zaman iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Bəzən elə hallar ola bilər ki, iddiaçı iddia ərizəsini verəcəyi məhkəməni özü seçə bilər. Məsələn MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Bu və digər hallarla MPM-in 36-cı maddəsində tanış ola bilərsiz.

İddia ərizəsində başlıqda iddianın verildiyi məhkəmənin adı qeyd edilməlidir. Daha sonra işdə iştirak edən şəxslərin (iddiaçı, cavabdeh, varsa üçüncü şəxslər) adları, onların poçt ünvanları göstərilməlidir. Bunlar qeyd edildikdən sona siz iddia ərizəsində tələbinizlə bağlı faktiki halları və həmin halları məhkəməyə ünvanlamaq üçün lazım olan hüquqi halları qeyd etməlisiz. Son olaraq tələbinizi “xahiş edirəm” hissəsində yazırsız. İddia ərizəsi iddiaçı və ya buna səlahiyyətli şəxslər tərəfindən imzalanmalıdır. İddia ərizəsinə MPM-in 150-ci maddəsinə əsasən iş üçün əhəmiyyətli olan sənədlər “qoşma” hissəsində əlavə edilməlidir. Həmin sənədlərdən qabaqcıl olanları aşağıdakılardır:

1) Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;

2) Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

3)Əgər hüquqlarınızın məhkəmədə yaxın qohumlarınız tərəfindən müdafiə olunmağınızı istəyirsinizsə, onun adına etibarnamə verə bilərsiz, əgər hüquqlarınızın peşəkar vəkil tərəfindən müdaifə olunmağını istəyirsinizsə, hər hansı bir vəkillə müqavilə imzalaya bilərsiniz. İddia ərizəsi ilə bağlı bütün bu məlumatları özündə ehtiva edən aşağıdakı nümunədən istifadə edə bilərsiz.

NÜMUNƏ-1

NÜMUNƏ-2

Oxunub: 6029