Övladlığa götürmənin qaydası 

Övladlığa götürmə üzrə idarəçiliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin və DOST Agentliyinin bu sahənin tənzimlənməsi üçün yaradılmış struktur bölmələri təmin edir.

Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:

  1. 1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınmasıvalideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin(şəxslərin) vahid uçotu e-sosial” internet portalı üzərindən elektron formada aparılır. Aşağıdakı məlumatların qeyd edilməsi mütləqdir:
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
  • valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
  • əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
  • övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.

Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı e-sosial internet portalında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğusağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.

Bir sıra hallarda portalda uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar uçotdan çıxarılırlar:

  • vəfat etdikdə;
  • 18 yaşına çatdıqda;
  • “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.

Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır:

  • vəfat etdikdə;
  • müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
  • Ailə Məcəlləsinin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyahısı müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;
  • barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
  • müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçməyən şəxslər, qeydiyyat proseduruna uyğun olaraq 1ildən sonra təkrar uçota alınırlar.
  1. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsiQəyyum və Himayəçilik Orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində vahid informasiya bazasında (e-sosial internet portalında) əks olunan məlumatların monitorinqini aparmaq hüququna malikdir.

Belə ki, Qəyyum və Himayəçilik Orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.

Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu Qəyyum və Himayəçilik Orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 

  • övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
  • övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
  • övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
  • övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
  • övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
  1. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Uşağın övladlığa götürülməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 157